Текст страницы
Quraşdırma
ADDIM 1 Yer seçin
Yer üçün tələblər:
- Düz, hamar, eləcə də havalanmaya mane ola biləcək xalça və ya döşəmə olmamalıdır
- Birbaşa gün işığı düşməməlidir
- Havalandırma və kabel üçün kifayət qədər yer olmalıdır
- Ətraf mühit temperaturu həmişə donma nöqtəsindən (0 °C) yüksək olmalıdır
- Hər hansı istilik mənbəyindən uzaq olmalıdır
ADDIM 2 Daşınma boltlarını çıxarın
Qutunu açın və daşınma boltlarının hamısını çıxarın.
QEYD
Modelindən asılı olaraq təchiz olunmuş daşıma boltlarının miqdarı fərqlənə bilər.
DİQQƏTLİ OLUN
• Qablaşdırma materialları uşaqlar üçün təhlükəli ola bilər. Bütün qablaşdırma materiallarını (plastik
torbalar, polistrol materiallar və s.) uşaqların əllərinin çatmadığı təhlükəsiz yerə atın.
• Daşıma boltlarını çıxardıqdan sonra xəsarət almamaq üçün deşikləri bolt qapaqları ilə bağlayın.
Daşıma boltları quraşdırılmamış, paltaryuyan maşını yerindən tərpətməyin. Paltaryuyan maşınını
başqa yerə hərəkət etdirməzdən əvvəl daşıma boltlarını quraşdırın. Daşınma boltlarını gələcəkdə
istifadə etmək üçün təhlükəsiz bir yerdə saxlayın.
1. Daşıma boltları (A) paltaryuyan maşının arxasında
yerləşir.
2. Təchiz edilmiş qayka açarından istifadə edərək,
A
bütün daşıma boltlarını saat əqrəbinin əksi
istiqamətində çevirərək boşaldın.
3. Bolt başlıqlarını (B) dəliklərə yerləşdirin.
QEYD
B
Daşınma boltlarını gələcəkdə istifadə etmək üçün
saxlamalısınız.
Azərbaycan dili
20
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 20
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 20
2025/2/19 16:13:14
2025/2/19 16:13:14