Инструкция газовая плитка Gefest ПГЭ 910-01

6 İŞƏ HAZIRLIQ (стр. 43 из 164)

Бренд: Gefest

Страница 43 документа Газовая плитка Gefest ПГЭ 910-01. Раздел: Настольные газовые плиты. Бренд: Gefest.

Текст страницы

6 İŞƏ HAZIRLIQ

6.1 QURAŞDIRILMASI

 Cihaz ancaq qaz plitələrinin quraşdırılması, qoşulması və servisi hüququna malik

təşkilatın ixtisaslı heyəti tərəfindən qoşulmalıdır.
 VACİBDİR: CIHAZ TÜSTÜ BORUSUNA QOŞULMAMALIDIR. CIHAZ ISTISMAR

ÜZRƏ RƏHBƏRLIYIN GÖSTƏRIŞLƏRINƏ UYĞUN VƏ SIZIN REGIONDA
QÜVVƏDƏ OLAN TƏHLÜKƏSIZLIK VƏ TEXNIKI ISTISMAR TƏLƏBLƏRI
NƏZƏRƏ ALMAQLA QURAŞDIRILMALIDIR. CIHAZ YERLƏŞƏN OTAĞIN
HAVALANDIRILMASINA DAIR TƏDBIRLƏRƏ DIQQƏT YETIRMƏK LAZIMDIR.
 Plitəni mətbəx mebelinin lakla və ya asan alovlanan materiallarla (parça, müşəmbə,

kağız və s.) örtülmüş üst səthinə qoymaq qadağandır. Plitənin yanında duran
mebel, habelə mətbəx dəsmalları, pardələr, və s., onların alovlanmasını istisna
edən məsafədə yerləşməlidirlər.
 Plitə divarın səthindən ən azı 60 mm aralı olmalıdır. Plitənin yan divarları ilə mebelin

yan şaquli divarları arasında məsafə (soldan və sağdan) ən azı 200 mm olmalıdır.
Plitə masasından üstündəki asılan şkaflar qədər məsafə 800 mm, sovurucuya
(aspiratora) qədər məsafə – 700 mm olmalıdır.
Tarazlama
 Qoşmazdan əvvəl tənzimlənən ayaqları istifadə edərək plitəni üfüq üzrə tarazlayın.

Plitənin üfüqi olmasını vaterpas (taraz) və ya tava vasitəsi ilə yoxlamaq olar (tavanın
dibində yağ bərabər yayılmalı və bir qırağa yığılmamalıdır).

6.2 QOŞULMASI

 Qoşmazdan əvvəl yerli qoşulma şəraitinin (qazın növü və təzyiqi) plitənin

nizamlandığı parametrlərə uyğun olduğunu yoxlamaq lazımdır.
 Cihazin nizamlama parametrləri nişanda göstərilib.
 Plitəni qaz balonuna qoşarkən qaz təzyiqi tənzimləyicisi istifadə etmək lazımdır.

Həcmi ГОСТ 15860-84 uyğun 5 l, 12 l, 27 l və ya 50 l həcmli qaz balonlarından və
ona uyğun ГОСТ 21805-94 üzrə təzyiq tənzimləyicisindən istifadə etmək məsləhət
görülür.
 Plitə təzyiq tənzimləyicisi və balonla təhiz edilmir və onlar ticarət şəbəkəsindən

ayrıca alınırlar.
 Plitə qüvvədə olan normalara uyğun olaraq hərəkətsiz birləşmə və ya elastik şlanq

vasitəsi ilə qoşula bilər.
 Təbii qazın təzyiqi yol verilən normadan (25 mbar (2500 Pa)) artıqdırsa, plitəyə

gələn qaz magistralında təzyiqi təyin edilmiş ölçüyə qədər azaldan reduktor
quraşdırılmalıdır.

41

Бытовая техника / Техника для кухни / Плиты, СВЧ и печи / Настольные электрические плиты

Aceline CS-010g

8 стр.
Бытовая техника / Техника для кухни / Плиты, СВЧ и печи / Настольные электрические плиты

Aceline CS-020b

12 стр.