Текст страницы
Qoşmazdan əvvəl idarə dəstəklərinin sıfır vəziyyətində olmasını yoxlayın.
Qoşandan sonra odluqların işini yoxlayın. Odluqların alovu rəvan, sıçrayışsız və
qırıqsız olmalıdır.
Şlanq vasitəsi ilə qoşulması
Plitəni qoşarkən və quraşdırarkən aşağıdakı tələblərə riayət olunmalıdır:
–
şlanq bütün uzunluğu üzrə müayinə üçün açıq olmalıdır;
–
şlanq heç nə ilə sıxılmamalı, bərk qatlanmamalı və dartılma qüvvəsinin təsirinə
məruz qalmamalıdır;
–
şlanqın uzunluğu 1,5 metrdən az olmamalıdır;
–
şlanqda zədə varsa, o, bütünlüklə dəyişilməlidir, təmir etmək yolverilməzdir.
QADAĞANDIR: YANAN KİBRİT VƏ DİGƏR AÇIQ ALOV KÖMƏYİ İLƏ ŞLANQIN
QOŞMALARININ KİPLİYİNİ YOXLAMAQ VƏ QAZ İTKİLƏRİNİ AXTARMAQ.
DİQQƏT: ELEKTRİK POTENSİALLARIN BƏRABƏRLƏŞDİRİLMƏSİ SİSTEMİNİN
QURULMASI TƏLƏBİNƏ CAVAB VERMƏYƏN BİNALARDA PLİTƏNİN QAZ
ŞƏBƏKƏSİNƏ QOŞULMASI ZAMANI XÜSUSİ İZOLYASİYALI ƏLAVƏ VƏ YA
ELEKTRİK KEÇIRMƏYƏN ŞLANQ İSTİFADƏ EDİLMƏLİDİR
Şəkil 3
Elektrik şəbəkəsinə qoşulması (ПГЭ 910 plitələri üçün):
Elektrik şnur ştepsel çəngəli ilə 220-230 V (50 Hz) şəbəkəsinə qoşulur.
Qurğu quraşdırılandan sonra çəngəl və elektrik şnur elektrik cərəyandan ayrılma
imkanını təmin etmək üçün açıq və əlçatan yerdə olmalı və hərarət təsirinə məruz
qalmamalıdırlar.
Cihaz elə yerləşdirilməlidir ki, elektrik rozetka iş zonasının üstündə olmasın.
YADDA SAXLAYIN: PLITƏNI QURAŞDIRDIQDAN SONRA MÜTLƏQ ELASTİK
QAZ ŞLANQININ VƏ ELEKTRİK ŞNURUN YERLƏŞMƏSİNİ YOXLAYIN.
ONLAR, PLITƏNİN ARXA TƏRƏFİNƏ TOXUNMAMALIDIR. PLİTƏ IŞLƏYƏN
ZAMAN ARXA TƏRƏFİNDƏ ƏMƏLƏ GƏLƏN YÜKSƏK TEMPERATUR ONLARI
ZƏDƏLƏYƏ BİLƏR.
DİQQƏT! İLK İSTİFADƏDƏN ƏVVƏL PLİTƏNİN ELEKTRİK KONFORUNU
MİNİMAL GÜCLƏ (DƏYİŞDİRİCİ – “1” VƏZİYYƏTİNDƏ) YARIM SAAT ƏRZİNDƏ
ÜSTÜNƏ QAB QOYMADAN QIZDIRMAQ LAZIMDIR.
42