Текст страницы
Təhlükəsizlik haqqında məlumat
İstifadə xəbərdarlıqları
EHTİYATLI OLUN
Paltaryuyan maşın yuyucu vasitə, çirk, ərzaq tullantısı və s. kimi xarici maddələr ilə çirkləndiyi zaman
elektrik kabelini cərəyandan ayırın və nəm, nazik parça vasitəsilə onu təmizləyin.
• Əks halda, materialın rəngi gedə bilər, deformasiya, zədə və ya paslanma ola bilər.
Güclü zərbə nəticəsində ön şüşə sına bilər. Paltaryuyan maşından istifadə edərkən diqqətli olun.
• Şüşə sındığı zaman xəsarət halı baş verə bilər.
Uzun müddət istifadə edilmədikdə, su kəsildikdə və ya su təchizatı xortumunu yenidən birləşdirən
zaman su kranını yavaş-yavaş açın.
• Su təchizatı şlanqında və ya su borusundakı hava təzyiqi cihazın hər hansı bir hissəsini zədələyə və ya
suyun sızmasına səbəb ola bilər.
Cihaz işləyərkən kanalizasiya ilə bağlı xəta baş verərsə, bu barədə problem olub-olmadığını yoxlayın.
• Paltaryuyan maşın işləyən zaman kanalizasiya problemi səbəbindən su axıdarsa, cərəyan vurması və
ya yanğın baş verə bilər.
Qapı arasında qalmaması üçün paltarları paltaryuyan maşının içərisinə tam yerləşdirin.
• Paltarlar qapı arasında qalarsa, paltarlar və ya paltaryuyan maşına ziyan dəyə bilər və ya su sızması
baş verə bilər.
Paltaryuyan maşın istifadə edilmədikdə su təchizatını kəsin.
• Su təchizatı xortumunun birləşdiricisi üzərindəki vintlər düzgün şəkildə bərkidilməlidir.
Rezin plomb və ön qapı şüşəsi yad cisim (məs., tullantı, ip, saç və s.) ilə çirkləndirilməməlidir.
• Yad cisim qapının arasında qaldıqda və ya qapı tam bağlanmadıqda, su sızması baş verə bilər.
Məhsulu işə salmazdan öncə su kranını açın, su təchizatı xortumunu birləşdiricisinin yaxşıca
bərkidildiyini və su sızmasının olub olmadığını yoxlayın.
• Su təchizatı xortumunun üzərindəki vintlər boş olarsa, su sızması baş verə bilər.
Bu məhsul yalnız ev şəraitində istifadə edilmək üçün nəzərdə tutulmuşdur.
Cihazdan ticari məqsədlər üçün istifadə etmək onun qeyri-düzgün istifadəsi kimi qiymətləndirilir.
Bu halda, cihaz Samsung tərəfindən təmin edilən standart zəmanətə sahib deyil və bu cür istifadə
nəticəsində məhsula dəyən zərər və nasazlıqlara görə Samsung məsuliyyət daşımır.
Cihazın üstünə çıxmayın və ya onun üzərinə əşyalar (pal-paltar, yanan şamlar, yanılı vəziyyətdə
siqaretlər, qab-qacaq, kimyəvi maddələr, metal əşyalar və s.) qoymayın.
• Bu, cərəyan vurmasına, yanğına, cihazla bağlı problemlərə və ya xəsarətlərə səbəb ola bilər.
Cihazın üzərinə həşəratöldürən kimi uçucu maddələr tökməyin.
• Bu, həm insan sağlamlığına ziyandır, həm də cərəyan vurmasına, yanğın və ya cihazla bağlı
problemlərə səbəb ola bilər.
Paltaryuyan maşının yaxınlığında elektromaqnit şüası yaradan əşyalar yerləşdirməyin.
• Nasazlıq səbəbindən xəsarət ala bilərsiniz.
Azərbaycan dili
10
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 10
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 10
2025/2/25 19:01:10
2025/2/25 19:01:10