Текст страницы
Təhlükəsizlik haqqında məlumat
• Barabanın səthi paslanıbsa, (neytral) təmizləyici vasitədən istifadə edərək onu süngər ilə təmizləyin.
Metal fırça istifadə etməyin.
Birbaşa quru təmizləyici vasitə istifadə etmək və quru təmizləyici vasitəyə bulaşan paltarları yumaq,
durulamaq və sıxmaq olmaz.
• Bu, yanğın oksidləşməsi nəticəsində yaranan istiliyə görə qəfil alovlanma və ya qığılcıma səbəb ola
bilər.
Soyuducu/Qızdırıcı qurğularda saxlanılan sudan istifadə etmək olmaz.
• Əks halda, paltaryuyan maşında problemlər yarana bilər.
Paltaryuyan maşında təbii əl yuma sabunundan istifadə etməyin.
• Belə ki, sabun avadanlığın içində bərkiyib yığılarsa, məhsulda problemlərə, rəngin getməsinə, pas,
və ya pis qoxuya səbəb ola bilər.
Corab və büstqalterləri yuyucu torbaya yerləşdirib digər paltarlarla birlikdə yuyun.
Yataq örtüyü kimi böyük həcmli paltarları yuyucu torbada yumayın.
• Əks halda, qəribə vibrasiyalar xəsarət ilə nəticələnə bilər.
Bərkimiş yuyucu vasitə istifadə etməyin.
• O, paltaryuyan maşının içərisində yığılarsa, su sızması baş verə bilər.
Yuyulacaq paltarların cibləri boş olmalıdır.
• Qəpik, sancaq, dırnaq, vint və ya daş kimi möhkəm, iti əşyalar cihaza ciddi ziyan vura bilər.
Paltarları iri kəmər, düymə və ya digər metal əşyalar ilə birlikdə yumayın.
Paltarları rəng tonuna görə ayırın və tövsiyə olunan rejimi, su temperaturunu və əlavə funksiyaları
ayarlayın.
• Bu, rəngin getməsi və ya parçanın korlanması ilə nəticələnə bilər.
Qapını bağladığınız zaman uşaqların barmağının qapı arasında qalmasından ehtiyatlı olun.
• Əks halda, xəsarət halı baş verə bilər.
Qoxu və kifin qarşısını almaq məqsədilə barabanın quruması üçün yuma prosesindən sonra qapını açıq
qoyun.
Ərp toplanmasının qarşısını almaq üçün yuma rejimindən sonra yuyucu vasitə siyirməsini açıq qoyun və
içərisini qurudun.
Azərbaycan dili
12
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 12
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 12
2025/2/25 19:01:10
2025/2/25 19:01:10