Инструкция стиральная машина Samsung WW90DG6U34LBLP

Страница 83 (стр. 83 из 216)

Бренд: Samsung

Страница 83 документа Стиральная машина Samsung WW90DG6U34LBLP. Раздел: Стиральные машины. Бренд: Samsung.

Текст страницы

Yüksək temperaturda yuyulma zamanı və ya qurutma rejimində boşaldılan su istidir. Suya toxunmayın.

• Əks halda, yanıq və ya xəsarət halı baş verə bilər.

Drenajın müddəti suyun temperaturundan asılı olaraq dəyişə bilər. Suyun temperaturu çox yüksək
olarsa, drenaj prosesi su soyuduqdan sonra başlayır.

Cihazda sukeçirməz oturacaqlar, ayaqaltı və ya paltarların (*) yuyulması üçün rejim yoxdursa, onları
yumayın, sıxmayın, yaxud qurutmayın.

(*): Yun yataq örtüyü, yağışdan qoruyucu geyim, balıqçı gödəkçəsi, xizək şalvarı, yuxu torbaları, bez
örtüklər, idman geyimi, velosiped, motosiklet və avtomobil örtükləri və s.

• Yarlığında göstərilməyinə baxmayaraq, qalın və bərk ayaqaltıları paltaryuyan maşınıa yumaq olmaz.
Qəribə vibrasiyalar xəsarət ilə və ya paltaryuyan maşın, divar, döşəmə və ya paltarlara zərər dəyməsi
ilə nəticələnə bilər.
• Arxası rezindən olan palaz və ya ayaqaltıları paltaryuyan maşında yumaq olmaz. Rezin çıxıb
barabanın içində ilişə bilər və bu da kanalizasiya ilə bağlı problemlər ilə nəticələnə bilər.

Yuyucu vasitə bölməsi çıxarılan zaman maşını işə salmayın.

• Bu, su sızması səbəbindən cərəyan vurması və ya xəsarət ilə nəticələnə bilər.

Qurudulmadan dərhal sonra və ya qurudulma zamanı isti olduğu üçün barabanın iç hissələrinə
toxunmayın.

• Yanıq xəsarəti baş verə bilər.

Paltaryuyan qapısının şüşəsi yuma və qurutma prosesi zamanı qızır. Buna görə də qapının şüşəsinə
toxunmayın.

Həmçinin, uşaqların paltaryuyan maşının yanında oynamasına və ya qapı şüşəsinə toxunmasına icazə
verməyin.

• Yanıq xəsarəti baş verə bilər.

Yuyucu vasitə bölməsinə əlinizi qoymayın.

• Əliniz yuyucu vasitəni daxil edən cihaza keçərsə, xəsarət ala bilərsiniz.

Tozşəkilli yuyucu vasitədən istifadə edərkən maye yuyucu vasitə üçün dozatorunu (yalnız müvafiq
modellər) çıxarın.

• Əks halda, su yuyucu vasitə siyirməsinin ön hissəsindən sıza bilər.

Paltardan başqa əşyaları (ayaqqabı, ərzaq tullantısı, heyvanlar) paltaryuyan maşına yerləşdirməyin.

• Bu, paltaryuyan maşına ziyan vura və qəribə vibrasiyalar səbəbindən ev heyvanlarının ölümü ilə
nəticələnə bilər.

Cihazın düyməsini sancaq, çəngəl, mismar və s. Kimi kəsici vasitələrlə basmaq olmaz.

• Bu, cərəyan vurmasına və ya xəsarətə səbəb ola bilər.

Yağlar, kremlər və ya bədən kremləri ilə çirklənmiş paltarları paltaryuyan maşında yumaq olmaz.

• Əks halda, rezin plombun deformasiyası baş verəcək və su sızması ilə nəticələnəcək.

Sancaq, saç sancaqları və ya ağardıcı maddələr kimi metal əşyaları uzun müddət barabanda saxlamayın.

• Bu, barabanın pas atmasına səbəb ola bilər.

Azərbaycan dili
11

Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 11
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 11
2025/2/25 19:01:10
2025/2/25 19:01:10

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.