Текст страницы
Ciddi təmizləmə xəbərdarlıqları
DİQQƏTLİ OLUN
Cihazın üzərinə birbaşa su sıxmaqla təmizləmək olmaz.
Kəskin turşuluğu olan yuyucu vasitədən istifadə etmək olmaz.
Cihazı təmizləmək üçün benzol, həlledici və ya spirtdən istifadə etmək olmaz.
• Bu, rəngin getməsi, deformasiya, zədələnmə, cərəyan vurması və ya yanğınla nəticələnə bilər.
Avadanlığın təmizliyinə və ya baxımına başlamazdan əvvəl onu divardakı elektrik mənbəyindən ayırın.
• Əks halda, cərəyan vurması və ya yanğın baş verə bilər.
EEAT haqqında təlimatlar
Məhsulun Düzgün Formada Məhv edilməsi (Elektrik və Elektron Tullantılar)
(Ayrı-ayrı tullantıların toplanılması sistemi olan ölkələrdə keçərlidir)
Məhsulun, hissələrinin və ya təlimat kitabçasının hər hansı bir yerində qeyd
edilən bu işarə fəaliyyət müddəti başa çatmış məhsulun və onun elektron
aksesuarlarının (məsələn: qulaqcıq, adapter, USB kabel) digər məişət
tullantıları ilə birgə tullanılmamasını göstərir. Nəzarətsiz tullantıların ətraf
mühitə və ya insan sağlamlığına vura biləcəyi mümkün zərərin qarşısını almaq
məqsədi ilə onları digər tullantılardan ayırın, hissə və materiallarının davamlı
təkrar istifadəsini təşviq etmək üçün isə onları təkrar emal edin.
Mülki istifadəçilər bu kimi məhsulların ətraf mühitə zərər vermədən təkrar
emala təqdim olunması barədə ətraflı məlumat almaq üçün məhsulu satın
aldıqları satış mərkəzlərinə və ya yerli icra orqanlarına müraciət etməlidirlər.
Sahibkar istifadəçilər isə təchizatçı şirkətləri ilə əlaqə saxlamalı və satınalma
müqaviləsinin şərtlərini nəzərdən keçirməlidir. Bu məhsul və onun elektron
aksesuarları kommersiya xarakterli digər tullantılarla qarışdırılaraq
atılmamalıdır.
Azərbaycan dili
13
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 13
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 13
2025/2/25 19:01:10
2025/2/25 19:01:10