Текст страницы
22
Azərbaycanca
Giriş
Alış-verişiniz üçün sizi təbrik edir və Philips-ə xoş
gəlmisiniz deyirik! Philips-in təklif etdiyi dəstəkdən tam
şəkildə yararlanmaq üçün məhsulunuzu
www.philips.com/welcome səhifəsində qeydiyyatdan
keçirin.
Təhlükəsizliklə bağlı vacib məlumat
Məhsulu yalnız təyinatı üzrə istifadə edin. Məhsulu və
onun batareya, aksesuarlarını istifadə etməzdən əvvəl bu
vacib məlumatları diqqətlə oxuyun və gələcəkdə istinad
etmək üçün saxlayın. Yanlış istifadə təhlükələrə və ya
ciddi xəsarətlərə səbəb ola bilər.
XƏBƏRDARLIQLAR
-
Adapterləri sudan uzaqda saxlayın.
-
Təmizlikdən sonra adapterlər, şarj cihazları və portariv qabların taxmazdan
əvvəl tam quruduğundan əmin olun.
-
Bu cihaz uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud
cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o
zaman istifadə oluna bilər ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair
təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət altında
olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar. Nəzarət
olmadan uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata keçirmək icazəsi
verilməməlidir.
-
Məhsulla oynamamaları üçün uşaqlar nəzarət altında olmalıdırlar.
-
Yalnız orijinal Philips aksesuarları və ya istehlak materiallarından istifadə
edin. Təchiz edilibsə, yalnız orijinal USB kabeli və USB enerji təchizatı
qurğusundan istifadə edin.
-
Bu cihazda istifadəçinin təmir edə biləcəyi hissələr yoxdur. Cihaz
zədələnibsə, ondan istifadəni dayandırın və ölkənizdəki Müştəriyə Xidmət
Mərkəzi ilə əlaqə saxlayın (bax "Zəmanət və dəstək").
-
USB kabeli və ya USB enerji təchizatı bloku zədələnibsə, ondan istifadə
etməyi dayandırın.
-
Adapterlərdən çöldə və ya isti səthlərin yaxınlığında istifadə etməyin.
-
Məhsulun hər hansı hissəsini qabyuyan maşında təmizləməyin.
-
Bu cihaz yalnız dişləri, damağı və dili təmizləmək üçün hazırlanıb.
-
Fırça başlığının xovları zədələnib və ya əyilibsə, ondan istifadəni dayandırın.
Köhnəlmə əlamətləri üzə çıxsa, fırça başlığını hər 3 aydan bir və ya daha
tez-tez dəyişdirin.
Azərbaycanca