Текст страницы
24
Azərbaycanca
-
Batareyaların qızmaması və ya zəhərli, təhlükəli maddələr buraxmaması
üçün məhsulu və ya batareyanı açmayın, dəyişdirməyin, deşməyin,
zədələməyin və ya sökməyin. Batareyanın qısa qapanmasına, həddindən
artıq və ya əks şarj edilməsinə yol verməyin.
-
Bu cihazda təmir oluna bilən hissələr yoxdur. Batareyanın istismar müddəti
başa çatdıqda, cihaz lazımi qaydada atılmalıdır (Təkrar emal bölməsinə
baxın).
-
Bu cihazda Litium-ion tərkibli təkrar şarj edilə bilən element var. DÜZGÜN
QAYDADA TƏKRAR EMAL OLUNMALı VƏ YA UTiLiZASiYA EDiLMƏLiDiR.
Məhsulda aşağıdakı simvollar görünə bilər:
Operator Təlimatını oxuyun:
Ayrıla bilən enerji təchizatı hissəsi: "xxxxxx" istifadə
olunacaq təsdiqlənmiş şarj cihazlarının model nömrəsini
göstərir.
Saxlama və daşınma şərtləri
-
Temperatur (Daşınma və Saxlama) -10 °C - +60 °C
(14°F və 140 °F).
Elektromaqnit sahələr (EMS)
Bu Philips cihazı elektromaqnit sahələrin təsirinə məruz
qalma ilə əlaqədar bütün tətbiq olunan standartlar və
qaydalara uyğundur.
Radio Avadanlığı Direktivi
Bununla, Philips radio tezliyi interfeysi ilə (Bluetooth or
NFC) təchiz edilmiş elektrik diş fırçalarının 2014/53/Aİ
Direktivinə uyğun olduğunu bəyan edir.
-
Bluetooth radio tezliyi: 2,4 GHz
-
Maksimum Bluetooth radio tezliyi gücü: 3 dBm