Текст страницы
33
Azərbaycanca
-
Yüksək-orta-aşağı üçlü ton, fırça başlığının
dəyişdirilməsi üçün xatırladıcı funksiyasının deaktiv
edildiyini bildirir. Deaktivasiyanı təsdiqləmək üçün
batareya səviyyəsinin göstərici işığı 1 dəfə sarı rəngdə
yanıb-sönəcək.
Təzyiq sensoru
1
Tutacağı qoşulmuş doldurma cihazına yerləşdirin.
2
Tutacaq doldurma cihazında qaldığı müddətdə
yandır/söndür düyməsini basıb saxlayın.
3
Bir sıra üç qısa siqnal səs siqnalı eşidənə qədər (7
saniyədən sonra) yandır/söndür düyməsini basıb
saxlayın.
4
Yandır/söndür düyməsini buraxın.
-
Aşağı-orta-yüksək üçlü ton təzyiq sensoru
xüsusiyyətinin işə salındığını bildirir. Aktivləşdirməni
təsdiqləmək üçün batareya səviyyəsinin göstərici işığı
da 2 dəfə yaşıl rəngdə yanıb-sönəcək.
-
Yüksək-orta-aşağı üçlü ton təzyiq sensoru
xüsusiyyətinin deaktiv edildiyini bildirir. Deaktivasiyanı
təsdiqləmək üçün batareya səviyyəsinin göstərici işığı
1 dəfə sarı rəngdə yanıb-sönəcək.
Üç qısa səs siqnalından sonra yandır/söndür düyməsini
basmağa davam etsəniz, aktivləşdirmə/deaktivasiya
ardıcıllığı təkrarlanır.
Təmizlik
Diş pastası və digər qalıqları təmizləmək üçün Philips
Sonicare diş fırçanızı mütəmadi olaraq təmizləməlisiniz.
Philips Sonicare diş fırçanızın təmizlənməməsi məhsulun
gigiyenik olmamasına və onun zədələnməsinə səbəb ola
bilər.
Xəbərdarlıq: Məhsulu və ya aksesuarları iti
əşyalarla və ya qabyuyan maşında, mikrodalğalı
sobada, kimyəvi maddələrlə və ya qaynar suda
təmizləməyin.